Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qazaxıstanın Azərbaycana borcu bu il artıb

Baxış: 347

2021-ci ilin aprelin 1-nə Qazaxıstanın xarici dövlət borcu 164,1 milyard ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin əvvəli il müqayisədə 0,5% çoxdur.
Qazaxıstan Milli Bankının məlumatlarına görə, Qazaxıstanın xarici borcunun 93,1%-i uzunmüddətli (1 ildən çox) xarici borcun payına düşür. Ölkənin xarici borcunun 79%-i ABŞ dollarındadır.
Ölkələrə gəldikdə, cari ilin aprelin 1-nə Qazaxıstanın Azərbaycana xarici borcu 55,8 milyon dollar təşkil edir. Bu 2021-ci ilin yanvarın 1-nə olan göstəricidən 30,8% çoxdur. Struktura gəldikdə, ölkənin Azərbaycana olan borcunun 24,8 milyon dolları bank sektorunun payına düşür. 21,1 milyon dolları digər sektorlar, 9,9 milyon dollarını isə şirkətlərarası borclar təşkil edir.
Qeyd edək ki, Qazaxıstanın xarici borcunun əsas hissəsi Niderlanda, Böyük Britaniya və ABŞ-adır. Cari ilin aprelin 1-nə ölkənin Niderlanda 44 milyard 292 milyon dollar, Böyük Britaniyaya 22 milyard 608 milyon dollar, ABŞ-a isə 13 milyard 504 milyon dollar məbləğində xarici borcu var.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.