Day, Month 00, Year
00: 00: 00 AM
Livan, xidmət qarşılığında neft üçün İraq ilə razılaşıb


Xarici valyuta çatışmazlığı problemi səbəbilə elektrik stansiyalarına maye yanacaq təmin etməkdə çətinlik çəkən və gün ərzində 4 saat elektrik enerjisi verən Livan, İraq hökuməti ilə razılaşıb.
Sahibkartv.az xəbər verir ki,  Livan, xidmət qarşılığında İraqdan 1 milyon ton neft alacaq.
Livanın Energetika naziri Rimun Gacar, "Bu razılaşma 4 aylıq elektrik enerjisi istehsalını təmin edəcək. Nefti xidmət qarşılında aldıq" deyib.
İraq dövlətinin Livan Mərkəzi Bankında bir hesab açmağı qəbul etdiyini və bu hesab üzərindən Livan daxilində xidmət satın alacağını qeyd edən Gacar, bu yolla dolların ölkədən çıxmayacağını bildirib.
İqtisadi böhranın hər sahədə həyata mənfi təsir etdiyi Livanda xalq, maye yanacaq çətinliyi səbəbindən son həftələrdə dövlətdən və məhəllələrdə qurulan xüsusi generatorlardan bir neçə saat elektrik enerjisi ala bilir.
Livan fərqli din və məzhəblər baxımından çox kövrək bir ölkədir. Livan iqtisadiyyatı, 1975-1990 illərindəki vətəndaş müharibəsidən bu yana ən böyük böhranı yaşayır. Yerli pul vahidi Livan lirəsi, Mərkəzi Bank məzənnəni sabit saxlasa da banklarda və "qara bazar"da böyük ucuzlaşma ilə fərqli qiymətlərdən alınıb-satılır.
Dərman, maye yanacaq və qida başda olmaqla əsas ehtiyac məhsullarını bir ildən çox müddətdir subsidiyalaşdıran Mərkəzi Bankın ehtiyatları da gündən günə "əriyir".


Tarix: 26-07-2021, 07:51 Oxunub: 153


Bölməyə aid digər xəbərlər