Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avtomobil Yolları Dövlət Agentliyi başa-baş işləyib - 1 MİLYARD 105 MİLYON MANAT...

Baxış: 364

2020-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) gəlirləri 1 milyard 105 milyon 651 min manat, xərcləri də1 milyard 105 milyon 651 min manat təşkil edib. Agentlik ötən il mənfəət əldə etməyib.
Sahibkartv.az Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki,  2019-cu ilə nisbətən Agentliyin gəlirləri 1,8 %, xərcləri də 1,8 faiz artıb. 
2019-cu ildə qurumun gəlirləri 1 milyard 85 milyon 690 min manat, xərcləri isə 1 milyard 85 milyon 688 min manat təşkil etmişdi. Agentlik 2019-cu ili 1 230 manat xalis mənfəətlə bağlamışdı.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.