18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) daxili bazarın təlabatını ödəməyə yönələrək idxaldan asılılığı azaltmaq məqsədilə icra etdiyi əhəmiyyətli layihələrindən biri olan Karbamid zavodu hazırda tam gücü ilə fəaliyyət göstərir.
Tikinti-quraşdırma işləri 30 oktyabr 2018-ci il tarixində tamamlanan və 2019-cu ilin yanvar ayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı edilən zavod ilin may ayından karbamid məhsulunun satışı həyata keçirməyə başlayıb. Lakin, zavodun zəmanət dövrü çərçivəsində baş podratçı şirkət - “Samsung” tərəfindən həyata keçirilən sınaq-sazlama işləri əsnasında bir sıra avadanlıqlarda qüsurların aşkarlanması səbəbindən zavodun tam gücü ilə istismar edilməsi mümkün olmayıb.
2020-ci il ərzində dünyada COVID-19 virusu ilə bağlı yaranmış vəziyyət sözügedən avadanlıqların tam olaraq təmir edilməsi üçün xarici istehsalçı şirkətlərin nümayəndələrinin zavoda səfəri təxirə salınıb. Bununla əlaqədar olaraq, zavodun avadanlıqlarında olan qüsurların tam aradan qaldırılması üzrə işlər 2021-ci ilin yanvar-aprel aylarında həyata keçirilib və baş podratçı şirkətə məxsus qüsurların aradan qaldırılması zəmanətə daxil olunduğundan əlavə xərc yaratmayıb. Beləliklə aprel ayının sonundan etibarən zavodun fəaliyyəti bərpa edilib.
Baş podratçı şirkət tərəfindən zavodun tam gücü ilə fəaliyyət göstərməsinə mane olan səbəblər aradan qaldırıldıqdan sonra cəmi 2,5 ay ərzində təxminən 120,5 min ton məhsul istehsal edib. Hazırda zavod nəzərdə tutulan güc ilə karbamid istehsal edir və istehsal edilmiş karbamidin həm daxili, həm də xarici bazarlara satışı həyata keçirilir.
İstehsal edilmiş karbamid ölkə daxilində karbamidə olan tələbatı tam ödəməklə idxaldan asılılığı aradan qaldırıb. Dörd aylıq dayanma da nəzərə alınaraq 2021-ci il üçün 400 min ton məhsul istehsal edilməsi hədəf olaraq müəyyənləşib. SOCAR hədəf olaraq illik istehsal gücünü təxminən 600 min tona çatdırmağı nəzərdə tutur. Bu isə bir ayda orta hesabla 50 min ton məhsulun istehsal edilməsi deməkdir.
Qeyd edək ki, zavod tərəfindən daxili bazarda karbamid yerli fermerlə güzəştli qiymətlərlə - bir tonu 420 manata satılır. Xarici bazarlara satış qiyməti isə Qara dənizdə karbamidin bir tonuna görə 415-420 ABŞ dolları təşkil edir.
Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanın azot gübrəsi idxalından asılılığının aradan qaldırılması təşkil etməklə yanaşı yerli fermerlərin sərfəli qiymətlərlə azot gübrəsinə olan təlabatının ödənilməsi və nəticədə ölkədə kənd təsərrüfatının inkişafına əlverişli şəraitin yaradılması təşkil edir. Potensial yeni iş yerlərinin açılması cəhətdən də layihə perspektiv vəd edir. Digər tərəfdən karbamidin idxalı ilə bağlı sərf edilən xarici valyutanın ölkə ərazisində qalması, karbamidin ixrac edilməsi vasitəsilə valyuta gəlirlərinin artırılması, təbii qazın xammal qismində deyil, emal edilmiş məhsul şəklində satışı vasitəsilə gəlirlərin artırılması da iqtisadiyyata dəyər qatan faktorlardan hesab edilə bilər.
Qeyd edək ki, SOCAR-ın Karbamid zavodu layihəsi Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və “Sənayenin İnkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilib.
Layihənin həyata keçirilməsi məqsədilə 2013-cü ilin mart ayında SOCAR ilə Cənubi Koreyanın “Samsung Engineering Co. Ltd.” şirkəti arasında sabit qiymətli açar təhvili şərtilə Mühəndislik, Satınalma və Tikinti müqaviləsi (MST Müqaviləsi), eyni ilin avqust ayında isə Danimarkanın “Haldor Topsoe” and Niderlandın “Stamicarbon B.V” şirkətləri ilə lisenziya müqavilələri bağlanıb. MST Müqaviləsi üzrə ilkin şərtlər təmin edildikdən sonra 2014-cü ilin fevral ayında layihə üzrə tikinti işlərinə başlanıb.
Bölməyə aid digər xəbərlər