Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanla İtaliya arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Baxış: 279

Özbəkistan paytaxtında keçirilən “Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqə. Çağırışlar və imkanlar” adlı beynəlxalq konfrans çərçivəsində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İtaliya xarici işlər nazirinin müavini Manlio Di Stefano ilə görüşüb.
Tərəflər İtaliya-Azərbaycan əlaqələrinin dinamik inkişaf etdiyini bildiriblər. Qeyd olunub ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Bu istiqamətdə enerji sektoru əsas yerlərdən birini tutur. İtalyanlar Azərbaycanda bir sıra zavodun tikintisində iştirak ediblər. İtaliya şirkətləri Azərbaycanın neft-qaz sektorunda da uğurla çalışırlar. Bununla belə ticarət əlaqələrinin şaxələndirilməsinə ehtiyac var.

Danışıqlarda Azərbaycanın işğaldan azad olunan ərazilərində kənd təsərrüfatı, üzümçülük, şərabçılıq sahələrində, “yaşıl enerji”, ekoloji layihələrdə İtaliya şirkətlərinin iştirakı məsələləri də müzakirə olunub.
Görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.