Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

TURKUAZ layihəsi çərçivəsində rekord sayda konteyner yola salınıb

Baxış: 437

“ADY Konteyner” şirkəti Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə əlavə yüklərin cəlb edilməsi istiqamətində fəaliyyətini davam etdirir. 
Şirkətdən Sahibkartv.az-a daxil olmuş məlumata görə, BTQ vasitəsilə Gürcüstandan keçməklə Türkiyədən Azərbaycana və əks istiqamətdə konteyner qatarları iləyüklərin çatdırılmasını nəzərdə tutuanTURKUAZ layihəsi çərçivəsində ilk dəfə olaraq rekord sayda- 48 konteynerdən ibarət blok qatar ölkəmizə yola düşüb. 45 futluq konteynerlərdə Konya şəhərindən Bakıya şəkər tozu çatdırılacaq. Qatarla ümumilikdə ölkəmizə 1344 ton şəkər tozu gətirilir.
“ADY Konteyner”inTürkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsul – “TURKUAZ” layihəsi çərçivəsində daşımaların həcmi artmaqdadır. Ötən ay layihə çərçivəsinsə 222 konteyner daşınıb. Artıq yola düşən və yüklənməkdə olan konteynerlərin sayı deməyə əsas verir ki, bu ay daşınacaq konteynerlərin sayında da artım olacaq. Bu da öz növbəsində BTQ ilə daşınan yüklərin həcminin artmasına gətirib çıxaracaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.