14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
Ümumrusiya Sığortaçılar Birliyinin prezidenti İqor Yuryeviç Yurgens Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) dəvəti ilə ölkəmizdə işgüzar səfərdədir.
Assosiasiyadan Sahibkartv.az-a verilən məlumata görə, səfər çərçivəsində Ümumrusiya Sığortaçılar Birliyinin prezidenti İ.Y.Yurgens ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Elman Rüstəmov arasında baş tutan görüşdə sığorta sektoru ilə bağlı mühüm məsələlər müzakirə edilib.
Daha sonra rusiyalı sığortaçı ilə Azərbaycan Sığortaçılar Assosiasiyasında görüş keçirilib. Görüşdə ASA-nın müşahidə şurasının sədri Azər Əliyev və icraçı direktor Elmar Mirsalayev iştirak ediblər. Əvvəlcədən əldə edilmiş razılığa əsasən, Ümumrusiya Sığortaçılar Birliyi ilə Azərbaycan Sığortaçılar Assosiasiyası arasında Memorandum imzalanıb.
Memorandumda qeyd olunan şərtlərə görə, iki qurum növbəti mərhələdə sığorta, maliyyə-kredit əməliyyatları və vergiqoyma sahəsində tətbiq edilən qanunvericilik və hüquqi-normativ aktlarla bağlı məlumat mübadiləsi, peşəkar kadrların hazırlanması, tədris proqramları və metodiki materialların mübadiləsi, habelə sığorta biznesi ilə əlaqədar işgüzar görüşlər, konfranslar və seminarların təşkil olunması, eyni zamanda sığorta və təkrarsığorta prosesləri ilə bağlı təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədi ilə konsultasiyaların təşkil olunması və digər istiqamətlər üzrə əməkdaşlıq edəcək.
Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyası beynəlxalq təcrübənin öyrənilməsi və sığorta sahəsində yeni dünya trendlərinin ölkəmizdə tətbiqi məqsədilə ötən ilin dekabr ayında Türkiyə Sığorta Birliyi ilə də Memorandum imzalamışdı.
Bölməyə aid digər xəbərlər