Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda yeni kəşf edilən yatağın ilkin ehtiyatları AÇIQLANDI - FOTO

Baxış: 440

Ölkəmizdə qızıl, mis və gümüş hasil edən “Anglo-Asian Mining Plc” şirkətinin daxili kəşfiyyat qrupu tərəfindən 19 yanvar 2021-ci il tarixində kəşfini elan etdiyi “Zəfər” yatağının ilkin ehtiyatlarının həcmi açıqlanıb.
Sahibkartv.az-ın şirkətdən əldə etdiyi məlumata əsasən, xarici analitik laboratoriyaların nəticələrinə uyğun olaraq ilkin mineral ehtiyatların göstəriciləri ilə bağlı smeta təqdim olunacaq.
Belə ki, iyul ayının sonu və ya avqust ayının əvvəlində smeta sənədinin hazır olması gözlənilir. Şirkətin hesabatına görə, orta hesabla 8 milyon ton minerallaşmış təbəqənin işlənməsi planlaşdırılır.

Bildirilib ki, yataqdan hər ton üçün 0,3 qram qızıl, 0,6 faiz mis, 0,5 faiz sink əldə olunması mümkündür.

Xatırladaq ki, şirkətin daha öncəki hesabatında 2020-ci ildə görülən işlərin ilkin nəticəsi kimi “Zəfər” yatağının işlənəcək mineral süxurlarının həcmi təxminən altı milyon ton olaraq müəyyənləşmişdi.

Qeyd edək ki, bu yataq Gədəbəy Müqavilə Sahəsində xəritələşdirmə proqramı nəticəsində aşkar edilib. Ərazi şirkətin Gədəbəy emal zavodunun təxminən 1,5 kilometr şimal-qərbində yerləşir.

İlkin qazıntılar zamanı 113 metr üçün 0,5 faiz mis və bir ton üçün 0,7 qram qızıl əldə edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.