Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan vətəndaşları Türkiyədən nə qədər ev alıb? - FOTO

Baxış: 403

2021-ci ilin iyun ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 164 daşınmaz əmlak alışı həyata keçirib.
Sahibkartv.az-ın Türkiyənin Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən, ötən ay ərzində Türkiyədə ən çox əmlak alışı həyata keçirən ölkələr sırasında Azərbaycan yeddinci sırada qərarlaşıb.
İyun ayı ərzində Azərbaycan vətəndaşları tərəfindən alışı həyata keçirilən daşınmaz əmlakların sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 94 ədəd və ya 2,3 dəfə çoxdur. Əvvəlki ayla (2021-ci il may) müqayisədə isə 117 ədəd və ya 3,5 dəfə çoxdur.
2021-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədən 1 186 daşınmaz əmlak alıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 30,6 faiz azdır.
Qeyd edək ki, 2021-ci ilin iyun ayında xarici vətəndaşlar tərəfindən ümumi 4 876 daşınmaz əmlakın alışı həyata keçirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.