Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda 543 milyon dollarlıq layihə icra edilib

Baxış: 292

Türkiyə Podratçılar Birliyi iyul ayı üzrə “Tikinti Sənayesi Analizi” hesabatını yayımlayıb.
Sahibkartv.az-ın hesabata istinadən verdiyi məlumata görə, Türkiyənin podratçı şirkətiləri ilin altı ayı ərzində 33 ölkədə 6,5 milyard dollar dəyərində 100 layihə icra edib və bu ölkələr arasında Azərbaycan da var.
Bildirilib ki, Türkiyənin podratçı şirkətlərinin layihə icra etdiyi ilk beş ölkə arasında Azərbaycan dördüncüdür. Belə ki, bu dövr Azərbaycanda 543 milyon dollarlıq tikinti layihəsi icra edilib.
Şirkətlər tərəfindən tikinti layihələri icra edilən digər ölkələrə Zambiya (1,3 milyard dollar dəyərində), Sloveniya (748 milyon dollar dəyərində), Qazaxıstan (674 milyon dollar dəyərində), Rusiya Federasiyası (405 milyon dollar dəyərində) daxildir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.