Day, Month 00, Year
00: 00: 00 AM
Su yolu ilə yükün daşınması qiymətləri kəskin artıb


Çindən ABŞ-a dəniz yolu ilə yükün daşınması qiyməti 10 min dollara yaxınlaşıb.
Sahibkartv.az xəbər verir ki, "Drewry" tərəfindən hazırlanan Dünya Konteyner İndeksinə görə, Şanxaydan Los Ancelesə təxminən 12 metrlik konteynerin fraxt qiyməti son bir həftədə 5%, son 1 ildə isə 229% artımla 9631 dollara yüksəlib. 
"Drewry" qiymətlərin gələcək həftələrdə daha da yüksələcəyini gözləyir.
Qiymətlərdəki artım, "A. P. Moller-Maersk" və "Cosco" kimi nəqliyyat xidməti göstərən şirkətlərin gəlirin artırsa da, idxalçıların xərclərinin artması baxımından çətinlik yaradır. Bəzi şirkətlər bu səbəbdən pərakəndə qiymətləri artırır.
May ayının sonunda Şanxaydan Rotterdama konteyner xərci 10 min dollar keçmişdir. Qiymətlər bu həftə də artımını davam etdirərək, keçən ildən bəri təxminən 600% artımla 12 min 795 dollara qədər yüksəlib.
"Drewry"nin məlumatlarına görə, Şanxay - Los Anceles xəttində qiymətlər 2011 - 2020 Mart arasında 1800 dollardan aşağı idi.
Qiymətlərin yüksəlməsinə amerikalı istehlakçıların və şirkətlərin artan tələbi və konteyner çətinliyinin səbəb olduğu bildirilir. 
Fraxt dəniz və çay yolu ilə daşınan əşya üçün, daşıma xidməti qarşılığında gəmi şirkətinə ödənən ödənişdir.


Tarix: 8-07-2021, 21:44 Oxunub: 153


Bölməyə aid digər xəbərlər