14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ötən il üzrə maliyyə hesabatı açıqlandı və bəzilərin diqqətini cəlb edən məqam 1,7 milyard manat ümumi zərərin qeydə alınması oldu.
2008-ci ildən bəri SOCAR ard-arda 13 il üzrə maliyyə nəticələrini açıqlayıb - 11 ilini mənfəətlə, 2 ilini zərərlə tamamlayıb. İlk dəfə 2015-ci ildə devalvasiyadan sonra SOCAR-ın satdığı əmtəələrin dəyərinin təxminən iki dəfə aşağı düşməsinin nəticəsi idi. 2020-ci ildə isə dünya iqtisadiyyatının evini yıxan, neft bazarlarını çökdürən COVID-19 pandemiyası öz sözünü dedi.
Hər bir işdə belədir ki, zərərin bir hissəsinin qarşısı alınırsa, insanlar yalnız zərərin qarşısı alınmayan hissəsini kənardan görür. Həmin görünməyən hissə ötən il vaxtında görülmüş optimallaşdırma tədbirləri, xərclərin kəskin azaldılmasıdır. Bu işlər görülməsəydi, nəticə daha ağır ola bilərdi. Şirkətdə mütərəqqi düşüncəli bəzi rəhbər və mütəxəssislərin səyləri və gərgin zəhməti nəticəsində milyardlarla zərərin qarşısı alındı. Hətta yataqların işlənməsi kimi bəzi sahələrdə əvvəlki ildən də yaxşı nəticələr əldə olundu. Bu kontekstdə Prezidentin fərmanları ilə təsis olunmuş SOCAR-ın Müşahidə Şurası və Azərbaycan İnvestisiya Holdinqinin şirkətdə islahat proseslərinə çevik qoşulması, şirkətin əməliyyat effektivliyinin daha da artırılması uğrunda aparılan intensiv işlər ayrıca qeyd olunmalıdır.
Amma bəzi sahələrdə zərərin qarşısını almaq mümkün olmadı. Necə ki, dünyanın bir çox aparıcı neft şirkətləri də bu böhran ilini böyük itkilərlə tamamlamalı oldular. Yalnız ABŞ-da ötən il 200-dən çox neft şirkəti müflisləşdi. Onların arasında SOCAR ilə müəyyən parametrlərə görə müqayisə oluna bilən, ABŞ-ın 500 ən dəyərli şirkətləri sırasında yer alan müəssisələr də var idi. SOCAR-ın pandemiya dövründə üzləşdiyi zərərin nə dərəcədə qaçılmaz olduğunu dəqiq müəyyən etmək üçün əlimizdə hər hansı bir düstur olmasa da, ən azından digər şirkətlərin pandemiya dövründəki nəticələrinə nəzər salıb, müəyyən bir qənaətə gəlmək olar.
SOCAR son illərdə yerli neft şirkəti səviyyəsindən böyüyərək, dünyanın aparıcı beynəlxalq enerji şirkətləri sırasında yer almağı qarşısına məqsəd qoyub. Buna görə biz dünyanın 10 ən böyük neft şirkətlərinin bəzi maliyyə göstəricilərini SOCAR-ın müvafiq maliyyə nəticələri ilə müqayisə edəcəyik. Bu təhlildə istifadə olunmuş rəqəmlər həmin şirkətlərin rəsmi veb saytlarından götürülüb. Dünyanın ən böyük neft şirkəti sayılan Çinin CNPC şirkəti ötən il üzrə maliyyə hesabatını hələ dərc etmədiyinə görə, onu bu təhlildə nəzərə almaq mümkün olmayıb. Rəqəmlər olduğu kimi, bəzəksiz-düzəksiz təqdim olunur. Beləliklə, bu yazı bir şirkətin rəsmi açıqlaması deyil, sadəcə bir müəllifin təhlilini əks etdirən analitik yazıdır.
İndi isə, qoyun, rəqəmlər danışsın: Dünya üzrə ilk onluqda yer alan neft şirkətlərindən 6-sı ötən ili zərərlə başa vurub. Bütün aşağıdakı cədvəllərdə təqdim olunan rəqəmlər milyon ABŞ dolları ilə ifadə olunur. Vergül kəsr ayrıcısı deyil, mötərizə zərəri ifadə edir.
SOCAR-ın ötən il üzrə ümumi zərəri 1 milyard ABŞ dolları civarında olduğu halda, Shell, BP, ExxonMobil kimi şirkətlərin hər biri ötən ilə 20 milyard dollardan çox zərərlə yekun vurublar. Əlbəttə, sözügedən şirkətlərin miqyası, dövriyyəsi də böyükdür. Lakin 2020 və 2019-cu illər arasında müqayisə aparanda görürük ki, bütün şirkətlər 2019-cu ilin nəticələrinə nisbətən tənəzzülə uğrayıb. Aşağıdakı qrafikdə 2020-ci ildə hər bir şirkət üzrə mənfəətin əvvəlki ilə nisbətən azalması faiz ilə göstərilib. Aparıcı neft şirkətlərinin mənfəəti ötən il ən yaxşı halda 40-50 faiz, bəzi hallarda isə 600 faizə qədər azalmışdı.
Mənfəət davamlı göstərici deyil və ildən ilə dəyişə bilər. Ümid var ki, aparıcı neft şirkətləri özünü toparlayıb, bu il yenidən mənfəət həddinə çıxa bilərlər. Bazarda bu gün neft qiymətinin yüksəlişi ilə bərabər güclənən nikbinlik də buna şərait yaradır. Şirkətin uzunmüddətli perspektivlərini dəyərləndirmək üçün onun maliyyə öhdəlikərinə və malik olduğu aktivlərin ümumi dəyərinə də nəzər salmaq vacibdir. Borc götürülən bir məbləğ bir şirkət üçün ağır yük olarsa, başqa bir şirkət üçün heç də ağır olmaya bilər. Odur ki, şirkətin maliyyə durumunu düzgün dəyərləndirmək üçün adətən ümumi maliyyə öhdəliklərinin ümumi aktivlərə olan nisbətinə nəzər salınır. Bu göstərici şirkətin malik olduğu aktivlərin neçə faizinin kənardan cəlb olunan maliyyə, borc və s. öhdəliklər hesabına ərsəyə gəldiyini bildirir:
Bu göstərici üzrə SOCAR həmçinin aparıcı neft şirkətləri ilə müqayisədə nə birinci, nə də sonuncu yerdədir. Əlqərəz - SOCAR-ın əsas maliyyə göstəricilərini digər aparıcı neft şirkətləri ilə müqayisə etdikdə, kəskin fərqlər nəzərə çarpmır. Odur ki, şirkətin ötən il üzləşdiyi çətinliklər əsasən bazar şəraiti ilə izah olunur və bu tezisi digər neft şirkətlərinə də şamil etmək olar. Bəzi şirkətlər daha zəngin yataqlara malik olmaqla zərəri azaltmağa nail olub, bəziləri isə zərəri azaltmaq üçün köklü optimallaşdırma aparıb və ya öz strateji planlarını köklü şəkildə dəyişib.
Yüzlərlə neft şirkətinin müflisləşdiyi bir dövrdə zərərin məhdudlaşdırılması da qənaətbəxş nəticə sayıla bilər. Gələcək illərdə isə SOCAR bu nəticə ilə kifayətlənə bilməz. Şirkət davamlı inkişafını təmin etmək üçün Prezidentin tapşırıqlarına uyğun olaraq, daha da iddialı addımlar atacaq, yeni effektli strategiyanı əsas götürəcək, yeni texnologiyaları işləyib, tətbiq etməklə irəliləyəcək. Hədəf qarşıdakı onilliyi yüksək mənfəətlə başa vurmaq, ölkə iqtisadiyyatına dayaq olmaq, milli sərvətimizin dəyərini davamlı şəkildə artırmaqdır.
Bölməyə aid digər xəbərlər