Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyədən Naxçıvana təbii qazın tədarükü ilə bağlı - Rəsmi açıqlama

Baxış: 266

“Azərbaycanın energetika naziri Pərviz Şahbazovla anlaşma memorandumu imzalamışdıq”.
Sahibkartv.az-ın “Anadolu” agentliyinə istinadən xəbərinə görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Türkiyədən Naxçıvana təbii qaz boru xəttinin çəkilməsi layihəsi ilə bağlı suala cavabında deyib.
“Azərbaycanın bəzi texniki bəzi məlumatları təsdiqləməsini gözləyirik. O təsdiqlər gələn kimi xəttin inşasına başlayacağıq.
Bizim marşrut, araşdırma, ictimailəşdirmə, layihə dizaynı kimi hazırlıqlarımız bitdi. Birgə bir layihə icra olunur. Memorandum mətnindən fərqli olan, texniki baxımdan bəzi məlumatların bizimlə paylaşılmasına ehtiyac var.
SOCAR bu məlumatları verəndə, start vermiş olacağıq”, - nazir qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.