22:14 / 18-01-2025
18:11 / 18-01-2025
17:39 / 18-01-2025
17:15 / 18-01-2025
16:51 / 18-01-2025
16:45 / 18-01-2025
16:30 / 18-01-2025
16:14 / 18-01-2025
16:00 / 18-01-2025
15:29 / 18-01-2025
15:27 / 18-01-2025
13:35 / 18-01-2025
12:30 / 18-01-2025
12:21 / 18-01-2025
12:17 / 18-01-2025
11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
“Azərbaycan iqtisadiyyatı 2022-ci ilin ikinci yarısında pandemiyadan əvvəlki səviyyəyə qayıda bilər”.
Bu barədə Dünya Bankının (DB) Bakı Bürosunun rəhbəri Sara Maykl bildirib.
“DB-nin mütəxəssisləri iqtisadiyyatın tədricən bərpa olunacağını proqnozlaşdırırlar. Hazırkı proqnozlara görə, bu il ÜDM-in artım templərinin 3 %, 2022-ci ildə isə 4 % olacağı gözlənilir. Lakin ölkədə vaksinləmənin yüksək templəri, həmçinin işğal edilmiş ərazilərin bərpası ilə bağlı dövlət xərclərinin və investisiyalarının artım templəri ilə əlaqədar olaraq, faktiki artım templəri bizim proqnozlarımızı üstələyə bilər”, - S.Maykl bildirib.
Onun fikrincə, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, xüsusən də bu rayonların ölkə iqtisadiyyatına reinteqrasiyası iqtisadi artım templərinin bərpasına və yüksəlməsinə öz töhfəsini verəcək.
“Bu özünü regionun potensialında da göstərəcək, belə ki, kommunikasiyaların, nəqliyyat marşrutlarının açılması və ümumilikdə, blokadanın aradan qaldırılması ilə regional inkişafa ciddi təkan veriləcək. Məsələn, Azərbaycanın Türkiyə və digər ölkələrlə birbaşa nəqliyyat əlaqəsi Azərbaycanın logistika mərkəzinə çevrilmək perspektivlərini əhəmiyyətli dərəcədə artıracaq”, - deyə nümayəndəlik rəhbəri bildirib.
Qeyd edək ki, Azərbaycan hökuməti 2021-ci ildə ÜDM-in 3,4 %, 2022-ci ildə isə 4,8 % artacağını proqnozlaşdırır. COVID-19 məhdudiyyətləri və OPEC+ razılaşmaları çərçivəsində neft hasilatının azalması səbəbindən 2020-ci ildə Azərbaycanda ÜDM 4,3 % azalıb.
Bölməyə aid digər xəbərlər