Qobustan bölgə təcrübə stansiyasında becərilən yeni taxıl sortları nümayiş olunub, şirkətlər tərəfindən yerli və xarici sortların müqayisəli dəyərləndirilməsi aparılıb.Kənd Təsərrüfatı Nazirliyindən Sahibkartv.az-a verilən məlumata əsasən, fermerlərə dəmyə və suvarılan torpaqlarda becərilməsi məqbul sayılan sortlar barədə məlumat verilib.
Ümumilikdə stansiya ərazisində 70-dək müxtəlif yerli və xarici taxıl toxumlarının sınaq əkinləri aparılır. Kənd təsərrüfatı naziri İnam Kərimovun iştirak etdiyi tədbirə ölkənin aparıcı taxıl toxumçuluğu müəssisələrinin rəhbərləri, toxumçu fermerlər qatılıblar.







































