Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir

Baxış: 99
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir


Serbiyada SOCAR-ın iştirakı ilə qaz elektrik stansiyasının tikintisi ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm layihə kimi qiymətləndirilir.

 “Geoenergetika” nəşrinin baş redaktoru Boris Martsinkeviç layihənin Serbiya üçün xilasedici dairə rolunu oynaya biləcəyini bildirib.

Ekspertin sözlərinə görə, Serbiyanın hava şəraitindən asılı olmayan öz elektrik enerjisi istehsal güclərinə ehtiyacı var. Quraqlıq dövrlərində su elektrik stansiyalarında istehsal azalır, qonşu ölkələrdən elektrik enerjisi idxal etmək imkanları isə məhdudlaşır.

Bu baxımdan qazla işləyən elektrik stansiyası Serbiyaya daha sabit enerji istehsalı imkanı verə bilər.

Layihə SOCAR üçün də iqtisadi baxımdan əhəmiyyətlidir. Martsinkeviç qeyd edib ki, yeni stansiya Azərbaycan qazına sabit tələbat yaradacaq. Bununla yanaşı, elektrik və istilik enerjisinin satışından əlavə gəlir əldə etmək imkanı yaranacaq.

Ekspert vurğulayıb ki, SOCAR layihədə qarşılıqlı faydalı şərtlərlə fəaliyyət göstərir və tərəflərdən heç birinin maraqlarına zidd addım atmır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.