Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Növbəti il üçün inflyasiya proqnozu açıqlandı

Baxış: 243
Növbəti il üçün inflyasiya proqnozu açıqlandı


“Mərkəzi Bankın oktyabr proqnozlarına əsasən, 2026-cı ildə illik inflyasiya 5,7% gözlənilir”.

“Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

“Növbəti ildə pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək. Məzənnə sabitliyi 2026-cı ildə qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcək. Pul siyasəti alətlərindən istifadə zamanı maliyyə bazarlarında baş verən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınacaq. Maliyyə sektoru üzrə prioritetlər 2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyasına uyğun həyata keçiriləcək", - Taleh Kazımov bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.