Day, Month 00, Year
00: 00: 00 AM

SOCAR Gürcüstanda fermerlərə dəstəyini davam etdirir - FOTO

Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyi ilə “SOCAR Georgia Petroleum” arasında fermerlərə güzəştli şərtlərlə yanacaq tədarükünü nəzərdə tutan memorandum imzalanıb.
Bu barədə Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Memoranduma əsasən, Gürcüstanda fermerlər 2021-ci ildə də güzəştli qiymətlərlə aqro-dizel əldə edəcəklər. Fermerlər üçün nəzərdə tutulan aqro-dizel dəstək proqramı 2021-ci ilin sonuna qədər davam etdiriləcək.
Proqram 1 fevral tarixindən təsdiq ediləcək və fermerlərə endirim kartları 7 fevral tarixindən etibarən veriləcək.
Memorandum Gürcüstanın Kənd Təsərrüfatı naziri Levan Davitaşvili, “SOCAR Georgia Petroleum”un direktoru Levan Giorgadze tərəfindən imzalanıb. İmzalanma mərasimində “SOCAR Enerji Gürcüstan”nın Baş direktoru Mahir Məmmədov və Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev də iştirak ediblər.
“SOCAR Enerji Gürcüstan”nın Baş direktoru Mahir Məmmədov bildirib ki, iqtisadiyyatın inkişafına dəstək verən bu memorandum çərçivəsində ötən il fermerlər güzəştli şərtlərlə dizel yanacağı əldə etdilər və proqram bu il də imzalanan memorandumla davam etdirildi.
Gürcüstanın Kənd Təsərrüfatı naziri Levan Davitaşvili əlavə edib ki, 2020-ci ildə “SOCAR Georgia Petroleum” ilə aqro-dizel proqramı çərçivəsində çox uğurlu bir əməkdaşlıq həyata keçirilib və 2021-ci ildə də SOCAR ilə tərəfdaşlıq davam etdiriləcək.
“SOCAR Georgia Petroleum”un direktoru Levan Giorgadzenin qeyd edib ki, bu proqram fermerlərə güzəştli şərtlərlə dizel yanacağı əldə etmək imkanı təqdim etməklə kənd təsərrüfatı sahəsinə əlavə qazanc gətirəcək.



Tarix: 29-01-2021, 10:52 Oxunub: 138


Bölməyə aid digər xəbərlər