Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycana eyni midarda pomidordan daha az məbləğdə valyuta daxil olub

Baxış: 156


Azərbaycana eyni midarda pomidordan daha az məbləğdə valyuta daxil olub
Azərbaycanın pomidor ixracatçıları eyni miqdarda məhsul ixrac etsələr də gəlirləri azalıb.
Sahibkartv.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin 8 ayında təxminən 112 min ton pomidor ixracından 134 milyon dollar əldə edən ixracatçılar, bu ilin eyni dövründə 112 min ton pomidor ixrcından 124 milyon dollar qazanıblar. Başqa sözlə, gəlirləri 10 milyon dollar azalıb. 

2023-cü ilin yanvar-avqust dövründə Azərbaycandan 124 milyon 290 min dollar dəyərində 112 min 64 ton pomidor ixrac edilib. Ötən ilin eyni dövründə Azərbaycandan 134 milyon 228 min dollar dəyərində 112 min 301 ton pomidor ixrac edilmişdi. Miqdarın demək olar ki, eyni səviyyədə qalması, dəyərin isə azalması Azərbaycan pomidorunun xaricdə daha ucuz satıldığına işarədir. 1 ton pomidorun orta ixrac qiyməti 1195 dollardan 1109 dollara düşüb.
Azərbaycan pomidorunun böyük hissəsi Rusiya bazarlarına göndərilir. Rusiya rublunun dəyərdən düşməsi Dollar alışını daha bahalı edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.