Sentyabın 12-də Rusiyanın paytaxtı Moskva şəhərində Başqırdıstan Respublikasının Baş naziri, Rusiya Federasiyası Dövlət Dumasının deputatları və bu sahə üzrə öndə gedən ölkələrin inşaat rəhbərlərinin iştirakı ilə İnşaat Assosiasiyaları Birliyinin I beynəlxalq tədbiri baş tutub.
Tədbirdə ölkəmizi Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) İdarə heyətinin sədri Ramiz İsayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Bu barədə Marja.az-a ATİA-dan bildirilib.
Qeyd edilib ki, tədbir çərçivəsində ATİA və digər ölkələrin assosiasiya rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib. Panel müzakirələrdə tikinti sektorunda əməkdaşlığın gələcək inkişafı və bu sahə üzrə təcrübələrin bölüşülməsi haqqında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda "Beynəlxalq Tikinti Assosiasiyaları Təşkilatının" yaradılması ilə bağlı ilkin anlaşma memorandumu imzalanıb.
Qeyd edək ki, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının vəzifələri üzvlərin maraqlarının qorunması, tikinti sektorunu inkişaf etdirməklə ölkə iqtisadiyyatının inkişafına dəstək göstərməkdir.






































