Day, Month 00, Year
00: 00: 00 AM
728 günlük dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ



728 günlük dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ


19 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır. 
İstiqrazların buraxılış parametrləri:

Dövlət istiqrazının növü:Kuponlu, ortamüddətli dövlət istiqrazları 
Qiymətli kağızın ISIN kodu: AZ0201040240
Emissiya həcmi: 90 000 000manat
Nominal dəyəri: 100 manat
İstiqrazların tədavül müddəti: 728  gün
Faiz ödənişləri:19 mart 2024-cü il, 17 sentyabr 2024-cü il, 18 mart 2025-ci il,  16 sentyabr 2025-ci il
Faiz gəliri: 6%
Ödəmə tarixi: 16.09.2025
Anderrayter: “PAŞA Kapital İŞ” QSC    
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Tarix: 14-09-2023, 15:40 Oxunub: 84


Bölməyə aid digər xəbərlər