Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan məhsullarının İsrailə ixracının artırılması məsələləri müzakirə edilib

Baxış: 160



Azərbaycan məhsullarının İsrailə ixracının artırılması məsələləri müzakirə edilib


İqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixter arasında videokonfrans formatında görüş keçirilib.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, İCabbarov yüksək səviyyəli əlaqələrə malik ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb, Azərbaycanda əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə məlumat verib. Nazir İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması, əməkdaşlığın inkişafı imkanlarını diqqətə çatdırıb, bu ölkədən olan iş adamlarını Azərbaycanın işgüzar mühitindən yararlanmağa və fəal tərəfdaşlığa dəvət edib.
Avi Dixter ölkəsinin Azərbaycanla iqtisadi, o cümlədən aqrar sahədə əməkdaşlığın inkişafına mühüm önəm verdiyini qeyd edib, tərəfdaşlığın gücləndirilməsi barədə fikirlərini bölüşüb. 
Tərəflər investisiya,  ərzaq təhlükəsizliyi, su təsərrüfatı, kənd təsərrüfatı və bu sahədə elmi-tədqiqat üzrə əməkdaşlığın inkişaf perspektivlərini, Azərbaycan məhsullarının İsrailə ixracının artırılması məsələlərini müzakirə ediblər.
 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.