Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın turizm balasında profisit yaranıb - GƏLƏNLƏR GEDƏNLƏRDƏN DAHA ÇOX XƏRCLƏYİB

Baxış: 167




Azərbaycanın turizm balasında profisit yaranıb - GƏLƏNLƏR GEDƏNLƏRDƏN DAHA ÇOX XƏRCLƏYİB


2023-cü ilin 6 ayında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 45.7% artaraq 1.1 milyard dollar təşkil etmişdir. 
Sahibkartv.az xəbər verir ki, bu, Mərkəzi Bankın açıqladığı 2023-cü ilin 6 ayı üzrə Azərbaycan Respublikasının tədiyə balansıında bildirilir.
Qeyd edilib ki, hesabat dövründə turizm xidmətləri üzrə ixracın (589.4 milyon dollar) idxalı (488.2 milyon dollar) üstələməsi nəticəsində 101.2 milyon dollar həcmində profisit yaranmışdır.
Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 16.3%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 43.9% artmışdır.
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 488.2 milyon dollar olmuşdur. Bunun 71.5%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.