Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan bankları istehlak kreditlərinə olan tələbin 13 % artacağını gözləyir

Baxış: 322

Azərbaycan bankları bu ilin III rübündə istehlak kreditlərinə olan tələbin 13 % artacağını gözləyir.

“Sahibkartv.az” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.
Bildirilir ki, istehlak kreditlərin tərkib hissəsi olan avto kreditlərə olan tələbin 6 %, kartlarla kreditə olan tələbin 17 %, əməkhaqqı ilə kreditlərə olan tələbin 10 %, məişət kreditlərinə tələbin isə 8 % artacağı proqnozlaşdırılır.
Sorğunun nəticələrinə əsasən, bu ilin II rübündə Azərbaycan banklarında istehlak kreditlərinə tələb 29 % artıb.
Həmçinin avto kreditlərə olan tələb 4 %, kartlarla kreditə olan tələb 8 %, əməkhaqqı ilə kreditlərə tələb 8 %, məişət kreditlərinə tələb isə 10 % artıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.