Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezident İlham Əliyev İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı nazirini qəbul edib

Baxış: 273

Prezident İlham Əliyev İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də ölkəmizdə səfərdə olan İsrailin Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixteri videokonfrans formatında qəbul edib.
Görüşün videokonfrans formatında keçirilməsinə səbəb İsrail nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.
Söhbət zamanı ikitərəfli münasibətlərimizə toxunularaq, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun bu ilin mayında Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişlənməsinə töhfə verdiyi bildirilib. Bir neçə gün əvvəl Azərbaycan Prezidentinin köməkçisinin İsrailə səfəri qeyd olunub, ölkəmizin İsraildə səfirliyinin açılmasının əhəmiyyəti vurğulanıb.
Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafından və bununla bağlı təcrübə mübadiləsinin həyata keçirilməsindən məmnunluq ifadə edilib, bu sahədə əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilib.
Avi Dixterin səfərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığın dərinlənləşdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.