Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda inflyasiya daha da yavaşlayıb

Baxış: 327

Azərbaycanda illik inflyasiyanın sürəti 9,4 faizdən 8 faizə düşüb.

Azərbaycanda inflyasiya daha da yavaşlayıb

2023-cü ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin yanvar-avqust aylarına nisbətən 11,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 13,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 10,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz artıb.
Sahibkartv.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, 2023-cü ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya (iyul) nisbətən 0,4 faiz azalıb, əvvəlki ilin avqust ayına nisbətən 8 faiz artıb.
2023-cü ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9 faiz azalıb, əvvəlki ilin avqust ayına nisbətən 7,4 faiz yüksəlib.
Xatırladaq ki, 2023-cü ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-iyul aylarına nisbətən 12,2 faiz artmışdı. 2023-cü ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz azalmış, əvvəlki ilin iyul ayına nisbətən 9,4 faiz artmışdı.
Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, unun, çörəyin, təzə balığın, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, üzümün, yemişin, qarpızın, gavalının, almanın, armudun, bananın, pomidorun, xiyarın, soğanın, kartofun, bibərin, badımсanın, yerkökünün, bahalaşma isə əsasən düyünün, mal və qoyun ətinin, yoqurtun, xamanın, zeytun yağının, kələmin, sarımsağın, şəkərin, çayın, meyvə şirəsinin, arağın, tütün məmulatlarının qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2023-cü ilin avqust ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən dəyişməyib, əvvəlki ilin avqust ayına nisbətən 8,3 faiz artıb.
2023-cü ilin avqust ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin avqust ayına nisbətən 8,9 faiz artıb. Avqust ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən mənzillərin icarə haqlarında və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.