Day, Month 00, Year
00: 00: 00 AM
Göyçayda avtomobil körpüsündə təhlükəli vəziyyət yaranıb, hərəkət məhdudlaşdırılıb


Leysan yağışdan sonra Göyçay çayından güclü sel keçib.
"Sahibkartv.az"ın Yuxarı Şirvan bürosu xəbər verir ki, nəticədə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən hissəsindəki avtomobil körpüsündə təhlükəli vəziyyət yaranıb. Belə ki, körpünün dayaqları zədələnib.
Hazırda sel axını davam edir. İnsanların təhlükəsizliyinin təmin olunması üçün Göyçay rayon Polis Şöbəsinin yol polisi və Post Patrul Xidmətinin əməkdaşları ərazidə xidmət aparırlar. Ağırtonnajlı yük avtomobillərinin körpü üzərindən keçidinə müvəqqəti məhdudiyyət qoyulub.
Qeyd edək ki, 2018-ci ildə Göyçay çayına gələn güclü sel zamanı da sözügedən körpü dağılıb, bəzi kəndlərin Göyçay şəhəri ilə əlaqəsi kəsilib. Bir ay ərzində burada aparılan təmir-bərpa işləri zamanı sürücülər alternativ olaraq Göyçay-Ucar-Göyçay yolundan istifadə ediblər.

Tarix: 7-09-2023, 19:45 Oxunub: 55


Bölməyə aid digər xəbərlər