Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın iri un istehsalçısı gəlir və mənfəətini açıqladı

Baxış: 256


Azərbaycanın iri un istehsalçısı gəlir və mənfəətini açıqladı


"Nadir Quliyev adına "Bakı-Taxıl" ASC 2022-ci ili 1 milyon 115 min manat xalis mənfəət ilə başa burub. ASC 2021-ci ili 836 min manat xalis mənfəət ilə bağlamışdı.
Sahibkartv.az xəbər verir ki, ötən il şirkətin satışdan gəlirləri (əsas əməliyyat gəlirləri) 22 milyon 183 min manat təşkil edib. 2021-ci ildə "Bakı-Taxıl"ın satışdan gəlirləri 16 milyon 126 min manat olmuşdu.
Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə "Bakı-Taxıl"ın gəlirləri 6 milyon 57 min manat və ya 37,6%, xalis mənfəəti isə 279 min manat və ya 33,4% artıb.
Diqqəti cəlb edən ötən "Bakı-Taxıl" ASC-nin əməliyyatında zərərin yaranmasıdır. Belə ki, satışdan 22 miylon 183 min manat gəlirlərə qarşı əməliyyat xərcləri 22 milyon 404 min manat təşkil edib. Nəticədə 222 min manat əməliyyat zərəri yaranıb. 1 milyon 152 min manat maliyyə mənfəəti hesabına "Bakı-Taxıl" ASC xalis mənfəətə çıxıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.