Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın qeyri-neft ixracı 15 %-ə yaxın artıb

Baxış: 242



Bu ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi ixracının dəyəri 24,4 milyard ABŞ dolları, qeyri-neft ixracının dəyəri isə 2,2 milyard ABŞ dolları təşkil edib.
Bu barədə "Sahibkartv.az"a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.
Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 14,6 % artıb.
Hesabat dövründə ölkənin yeyinti məhsulları üzrə ixracı 571,4 milyon ABŞ dollarına bərabər olub. O cümlədən elektrik enerjisi ixracı 3,9 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 3,8 dəfə, qara metal məmulatlarının ixracı 36,6 %, şəkər ixracı 17,9 %, meyvə-tərəvəz ixracı isə 7,4 % artıb.
Səkkiz ayda aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,4 % artaraq 593,9 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,8 % artaraq 132,6 milyon ABŞ dolları dəyərində olub.
Cari ilin avqust ayında 203,6 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bunun da 51,4 milyon ABŞ dollarını (10,3 % artım) yeyinti məhsulları üzrə ixrac, 152,2 milyon ABŞ dollarını isə qeyri-yeyinti məhsulları üzrə ixrac təşkil edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.