Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xarici qeydiyyatlı avtomobillər üçün yol vergisinin hesablanmasında dəyişiklik edilib

Baxış: 207
Xarici qeydiyyatlı avtomobillər üçün yol vergisinin hesablanmasında dəyişiklik edilib


Azərbaycanda xarici qeydiyyatı olan nəqliyyat vasitələri üçün yol vergisinin hesablanmasında dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”na dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.
Qərara əsasən, yol vergisinin hesablamasında bunlar istifadə ediləcək:
- avtonəqliyyat vasitələrinin növü, mühərrikin həcmi və Azərbaycanın ərazisində qaldığı müddət;
- oturacaq yerlərinin sayı və Azərbaycan Respublikasının ərazisində qaldığı müddət;
- avtonəqliyyat vasitələrinin oxlarının sayı və Azərbaycan ərazisində qaldığı müddət;
- avtonəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi;
- Azərbaycan Respublikasının ərazisində qət edilən məsafə.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.