Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

20 milyon manatlıq istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək - 11.5% GƏLİR TƏKLİFİ

Baxış: 227



20 milyon manatlıq istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək -  11.5% GƏLİR TƏKLİFİ 


4 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC-nin ümumi dəyəri 20 000 000manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
Birjanın yaydığı məlumata görə, 7 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında "Unibank Kommersiya Bankı" ASC-nin ümumi dəyəri 20 milyon manat olan istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.
Qeyd edək ki, faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 200 000 ədəd, ər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 360 gün, illik faiz dərəcəsi 11.5%, ödəmə periodu hər 90 gündən birdir. 
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.