Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xəzərdə süni adanın salınması işlərinə başlanılıb - YENİ MÖHTƏŞƏM LAYİHƏ

Baxış: 305



Xəzərdə süni adanın salınması işlərinə başlanılıb - YENİ MÖHTƏŞƏM LAYİHƏ 


Xəzər dənizində süni adanın salınması işlərinə başlanılıb.
Sahibkartv.az-ın məlumatına görə, süni ada Nardaran qəsəbəsi, "Sea Breeze Resort" istirahət kompleksinin ərazisində salınır.   

Adada gəmi şəklində “Caspian Dream Liner” oteli tikiləcək. Layihə iki-üç ay öncə işgüzar dairələrə təqdim edilib.
Bu, Xəzərdə süni ada yaratmaqla bağlı ikinci belə iddiadır. İlk iddia ilə 2011-ci ildə “Avesta” konserni çıxış edib, lakin “Xəzər adaları” adlı həmin layihə (Sahil qəsəbəsi ərazisində süni arxipelaq-şəhər) bir neçə il sonra iflasa uğrayıb.
Qeyd edək ki, "Sea Breeze" 2006-cı ildə Emin Ağalarov tərəfindən təsis edilib və ilkin olaraq otel, restoran və kiçik çimərlikdən ibarət olub.  Bu gün "Sea Breeze" 180 hektardan çox ərazini tutur və 15-dən çox hazır və davam edən tikinti layihəsini özündə cəmləşdirir, 10-dan çox restoran, kafe və bar, 14 hovuz, sosial obyektlər və abadlaşdırılmış 5,5 km çimərlik sahəsini əhatə edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.