Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan neftinin qiyməti dəyişməyib

Baxış: 216


Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti dəyişməyərək 88,56 ABŞ dolları təşkil edib.
“Sahibkartv.az" xəbər verir ki, qiymətin sabit qalmasına səbəb Böyük Britaniyada ənənəvi Bank Bayramının keçirilməsidir. Belə ki, hər il avqustun sonuncu bazar ertəsi bu ölkədə adıçəkilən bayram təşkil edilir və nəticədə həmin gün qeyri-iş günü olur. Bu il isə həmin bayram 28 avqust tarixinə düşüb.
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçersləri 83,87 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.