Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan və ABŞ enerji əməkdaşlığının inkişaf perspektivini müzakirə edib

Baxış: 230



Azərbaycan və ABŞ arasında enerji sektorunda əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
“Sahibkartv.az” bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir Pərviz Şahbazov ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Hüqo Qevara ilə görüş keçirib.
Görüşdə həmçinin qlobal enerji gündəliyindəki məsələlər müzakirə edilib. Azərbaycanın həyata keçirdiyi enerji təhlükəsizliyi layihələri, o cümlədən “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi”nin inkişafına dair fikir mübadiləsi aparılıb. Həmçinin ölkəmizin enerji keçidi istiqamətində gördüyü tədbirlər, qlobal iqlim məqsədlərinə nail olmaq üçün səyləri, “yaşıl enerji” texnologiyaları və təcrübə mübadiləsi üzrə əməkdaşlıq barədə danışılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.