Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ASA: "Bu il Azərbaycanda sığorta haqları 1 milyard manatı keçəcək"

Baxış: 242



"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi bu il Azərbaycanda sığorta haqlarının 1 milyard manatı keçəcəyini proqnozlaşdırır.
"Sahibkartv.az" xəbər verir ki, bunu qurumun icraçı direktoru Elmar Mirsalayev bildirib.
"Bu ilin I yarısında sığorta bazarındakı artıma nəzər salsaq, 2023-cü ili yüksək artımla başa vuracağımızı deyə bilərik", - deyə o qeyd edib.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 970,823 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2021-ci ilə nisbətən 15 % çoxdur.
Bu ilin I yarısında isə sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə 32 % çox - 648,945 milyon manat təşkil edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.