Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avro zonası ilə bağlı məlumatların açıqlanmasından sonra avro ucuzlaşır

Baxış: 172


Avro zonası ilə bağlı məlumatların açıqlanmasından sonra avro ucuzlaşır

Çərşənbə günü günortadan sonra avronun dollara nisbətdə dəyəri, Avro zonasında işgüzar aktivliyə dair zəif məlumatların açıqlanmasından sonra düşməyə başlayıb.
Sahibkartv.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:20-yə olan məlumata görə, avronun dollara qarşı məzənnəsi 0,32% azalma ilə 1,0809 dollar təşkil edib.

Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,27% artaraq 103,85 bənd olub.
Avro zonasının istehsal və xidmət sektorunda işgüzar fəallığı ölçən indeks (PMI) iyuldakı 48,6 bənddən avqustda 47 bəndə düşüb, bu da üç ilin ən aşağı səviyyəsidir. Proqnoz 48,5 bənd idi. Xidmətlərin PMI göstəricisi gözlənildiyindən daha pis azalaraq 48,3 bənd olub. Sənaye PMI da 43,7 bənd təşkil edib. Hər üç göstərici 50 bənddən aşağı olub ki, bu da iqtisadi aktivliyin azaldığını göstərir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.