22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
31 iyul 2023-cü il tarixində fəaliyyətdə olan bankların cəmi aktivləri 44 milyard 880.3 milyon manat, cəmi öhdəlikləri 39 milyard 14.2 milyon manat, balans kapitalı 5 milyard 839.1 milyon manat olmuşdur.
Sahibkartv.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın aylıq hesabatında bildirilir.
Qeyd edilib ki, iyul ayında bankların kredit portfeli 0.4% və ya 75.8 milyon manat artaraq 21 milyard 372 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54.4% (11 milyard 622.7 milyon manat);
ıı) istehlak kreditləri – 29.8% (6 milyard 376 milyon manat)
ııı) ipoteka kreditləri – 15.8% (3 milyard 373.3 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.3 faiz bəndi azalaraq 2.2% təşkil etmişdir.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81.6%-i və ya 31 milyard 841.1 milyon manat. Depozit portfelinin 61%-i (19 milyard 411.8 milyon manat) hüquqi şəxslərin, 39%-i (12 milyard 429.3 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanət portfelinin 53.5%-i (6 milyard ,645.6 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 816.4 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 81.5%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması iyul ayında ilin əvvəlinə nəzərən 2.8 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.5 faiz bəndi azalaraq 36.4% təşkil etmişdir.
2023-cü ilin yanvar-iyul aylarında banklar 655.3 milyon manat xalis mənfəət, 931.4 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 33% və 26% artmışdır. 2023-cü ilin 7 ayında banklar tərəfindən 163.4 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
31 iyul 2023-cü il tarixinə fəaliyyət göstərən 24 bankın filiallarının sayı 486, şöbələrinin sayı 86, ATM-lərin sayı 3,015 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.3% və ya 78 nəfər artaraq 23,319 nəfər təşkil etmişdir. Ümumilikdə son 1 ildə bank sektorunda çalışanların sayı 7.3% və ya 1,590 nəfər artmışdır.
Bölməyə aid digər xəbərlər