Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"SOCAR Türkiyə" beynəlxalq “STEVIE” mükafatına layiq görülüb

Baxış: 282


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan "SOCAR Türkiyə" dünyanın nüfuzlu “2023 - Beynəlxalq Biznes Müsabiqəsi”nin (International Business Awards) qalibi elan olunaraq “STEVIE” Mükafatına layiq görülüb.
"Sahibkartv.az" "Haber Global"a istinadən xəbər verir ki, “SOCAR Türkiyə” “Çevik İş Modeli” tətbiqinə görə “STEVIE Awards”ın “İlin şirkəti” kateqoriyasında “Gümüş STEVIE” mükafatına layiq görülüb.
Qeyd edək ki, “STEVIE Awards” şirkətlərin korporativ performanslarının və innovativ təcrübələrinin qiymətləndirildiyi beynəlxalq mükafat platformasıdır. Platformaya 61 ölkədən 3 700-dən çox şirkət müraciət edib.
Mükafat 2023-cü ilin oktyabr ayında Avropada təşkil edilən mərasimdə təqdim ediləcək. Bu ilki müsabiqə “Satış”, “Müştəri xidməti və əlaqə mərkəzi”, “Yeni məhsul və xidmət”, “Həll yolları təchizatçısı” və “Biznesin inkişafı” nominasiyaları üzdə keçirilib.
Qeyd edək ki, “American Business Awards” mükafatının ilk təqdimatı 2002-ci ildə keçirilib. 2003-cü ildə isə “International Business Awards” təqdim edilib.
Dünya işgüzar aləmində mötəbər mükafatlardan biri olan “STEVIE” Beynəlxalq Biznes Mükafatlarının sahibləri 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində seçilir.
ABŞ-da fəaliyyət göstərən “STEVIE Awards” təşkilatı tərəfindən keçirilən müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən fərdlərin fəaliyyətinin qiymətləndirilməsidir. Məqsədi isə dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.