Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda əkin sahələrinin 98 %-i biçilib

Baxış: 334


Azərbaycanda əkin sahələrinin 98 %-i biçilib
Bu il avqustun 15-nə qədər Azərbaycanda payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 930 min hektar sahənin 910,2 minhektarı və yaxud 97,9 %-i biçilərək məhsulu yığılıb.
“Sahibkartv.az.” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, sahələrdən 2 milyon 915,3 min ton məhsul toplanıb, məhsuldarlıq 32 sentnerə bərabər olub. Məhsulun 1 milyon 828,6 min tonunu və yaxud 62,7 %-ni buğda, 1 milyon 064,1 min tonunu (36,5 %-ni) arpa, 22,6 min tonunu (0,8 %-ni) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.
Respublikanın 21 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 31 rayonda və Naxçıvan MR-da biçilməsi nəzərdə tutulan sahənin 90 %-dən çoxu biçilib, digərlərində isə biçinin aparılması səviyyəsi 90 %-dən aşağı olub.
Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 51,8sentner), Ağcabədi (müvafiq olaraq 45,3 sentner), Bərdə (44,8 sentner), Tərtər (43,5 sentner), Sabirabad (42,9 sentner), Salyan (41,9 sentner), Ağdam (41,3 sentner), Saatlı (40,9 sentner), İmişli (39,6 sentner), Tovuz (39,6 sentner) və Samux (39,5 sentner) rayonlarında olub.
Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (218,6 min ton), Kürdəmir (148,4 min ton), Ağcabədi (120,7 min ton), Ağsu (118 min ton), Hacıqabul (107 min ton), Sabirabad (102,9 min ton), Biləsuvar (96,8 min ton) və İsmayıllı (93 min ton) rayonlarında müşahidə olunub

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.