Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 39 % artıb

Baxış: 209


Azərbaycanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 39 % artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 19,3 milyonmanat vəsait daxil olub ki, bu da proqnozdan 47,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 38,9 % çoxdur.
"Sahibkartv.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, 7 aylıq daxilolmaları 3,6 milyon manatı qeyri-yaşayış sahələrinin, 15,7 milyon manatı isə torpaq sahələrinin icarəsi hesabına təmin edilib.
Hesabat dövründə 1 915 yeni icarə müqaviləsi bağlanılıb ki, bu da 1 il əvvələ nisbətən 15 % azdır. İcarə müqavilələrinin 418-i qeyri-yaşayış sahələrinə, 1 497-i isə torpaq sahələrinə aid olub. Bunlar isə illik müqayisədə müvafiq olaraq 16 % və 14,7 % azdır

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.