Dövlət Gömrük Komitəsi Azərbaycan xam neftinin ixrac olunduğu ölkələri açıqlayıb.
Sahibkartv.az Dövlət Gömrük Komitəsinin 2023-cü ilin yanvar-iyul dövrü üzrə hesabatına istinadən xəbər verir ki, Azərbaycandan ən çox xam neft alan ölkələr İtaliya, İsrail, Hindistan, İspaniya və Türkiyədir.
Ümumiyyətlə, 2023-cü ilin 7 ayında 19 ölkə Azərbaycandan xam neft alır. Ötən ilin 7 ayında 26 ölkə Azərbaycandan xam neft almışdı.





































