Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın valyuta bazarı 12 % kiçilib

Baxış: 241


Bu ilin I yarısında Azərbaycanın valyuta bazarında 15,2 milyard ABŞ dolları dəyərində əməliyyat aparılıb.
"Sahibkartv.az" Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 11,6 % azdır.
Yarım illik əməliyyatların 13,4 milyard ABŞ dolları nağdsız, 1,8 milyard ABŞ dolları isə nağd valyuta bazarında baş tutub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 8,2 % və 30,8 % azdır.
Nağdsız valyuta əməliyyatlarının 79,5 %-i ABŞ dollarında, 20,5 %-i digər valyutalarda, nağd valyuta əməliyyatlarının isə 84 %-i ABŞ dollarında, 16 %-i digər valyutalarda aparılıb.
Son illər ərzində ilk dəfə 6 ay ərzində bankların xarici valyuta alışı satışını üstələyib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.