Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan əhalisi avtomobil alşını artırır - 900 MİLYONDAN ÇOX VALYUTA XARİCƏ AXIB

Baxış: 198



Azərbaycan əhalisi avtomobil alşını artırır - 900 MİLYONDAN ÇOX VALYUTA XARİCƏ AXIB 


Avtomobillərin idxalı haqqında yeni məlumatlar açıqlanıb.
Sahibkartv.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 01.01.2023 – 31.07.2023 dövründə (7 ayda) Azərbaycana 900 milyon 590 min dollar dəyərində 56 min 766 ədəd avtomobil (nəqliyat vasitələri) idxal olunub. 
Müqayisə üçün qeyd edək ki, 01.01.2022 – 31.07.2022 dövründə Azərbaycana 541 milyon 651 min dollar dəyərində 41 min 362 ədəd avtomobil idxal olunmuşdu. 
TAM ELEKTRİK AVTOMOBİLLƏRİN İDXALI KƏSKİN ARTIB
O cümlədən, 2023-cü ilin 7 ayında Azərbaycana 813 milyon 944 min dollar dəyərində 52 min 675 ədəd minik avtomobili, o cümlədən 61 milyon 361 min dollar dəyərində 1492 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi idxal olunub. Ötən ilin eyni dövründə 418 milyon 659 min dollar dəyərində 38 min 140 ədəd minik avtomobili, o cümlədən 186 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi idxal olunmuşdu. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.