Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Fitch: Qlobal düyü qiymətləri daha da arta bilər

Baxış: 282


Fitch Ratings-in hesabatına görə, dünyanın aparıcı istehsalçısı Çinin güclü yağış və daşqın riskləri ilə mübarizə apardığı üçün qlobal düyü qiymətləri daha da arta bilər.

Fitch: Qlobal düyü qiymətləri daha da arta bilər 


Dünyanın aparıcı düyü istehsalçısı Çin güclü yağış və daşqın riskləri ilə mübarizə apardığı üçün qlobal düyü qiymətləri daha da bahalaşa bilər.
Sahibkartv.az xəbər verir ki, qlobal kredit reytinqi agentliyi "Fitch Ratings" son hesabatında, "Çinin düyü istehsal edən şimal-şərq bölgəsində məhsuldarlığı azaldacaq güclü yağış, çox güman ki, onsuz da yüksək qlobal düyü qiymətlərinə yuxarı istiqamətdə təzyiq göstərəcək", deyə bildirilir.



Hesabata görə, Çin dünyanın ən böyük düyü istehsalçısıdır və ölkənin düyü istehsalının 23 faizini təşkil edən üç əyalət (Daxili Monqolustan, Jilin və Heilongjiang) daşqın xəbərdarlığının səviyyəsini artırıb.
Dünyanın ikinci ən böyük iqtisadiyyatı son həftələrdə dağıdıcı daşqınlar nəticəsində su altında qalıb. Dokuzuri tayfunu son illərdə Çinin şimalını vuran ən şiddətli fırtınalardan biri olub və paytaxt Pekini son 140 ilin ən güclü yağışlar ilə sarsılıb.
Fitch, bu üç əyalətdə bir çox mühüm düyü istehsal edən ərazilərin leysanlardan və Dokusuri tayfunundan mənfi təsirləndiyinə diqqət çəkərək, "Khanun tayfunu şimala doğru hərəkət edərsə daha bir tufan ilə qarşılaşa bilər",- deyilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.