Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan manatının dövretmə sürəti cüzi azalıb

Baxış: 248


Bu il iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,84 bənd təşkil edib.
Bu barədə "Sahibkartv.az" Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən xəbər verir.
Bu göstərici 2023-cü ilin iyunun 1-i ilə müqayisədə 0,08 bənd, yanvarın 1-i ilə müqayisədə 0,69 bənd, 2022-ci ilin iyulun 1-nə nisbətən isə 1 bənd azdır.
Xatırladaq ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi də 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.