Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

OPEC 2023-cü il üçün qlobal neft tələbatının artımı ilə bağlı proqnozu dəyişməyib

Baxış: 274


OPEC qlobal neft tələbatının 2,4 milyon barel artaraq sutkada 102 milyon barelə çatacağını proqnozlaşdırır.
“Sahibkartv.az” Neft İxrac Edən Ölkələr Təşkilatının avqust hesabatına istinadən xəbər verir ki, qlobal neft tələbatı 2023-cü ildə gündəlik 2,4 milyon barel artacaq.
"Bu, ötən aydakı proqnozla eynidir”, - hesabatda qeyd edilib.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) regionunda neftə olan tələbatın 2023-cü ildə gündəlik 74 min barel artaraq orta hesabla 46 milyon barel olacağı gözlənilir. OECD-ə daxil olmayan ölkələrdə isə ümumi neft tələbatı təxminən 2,4 milyon barel artaraq orta hesabla 56 milyon barel təşkil edəcək.
2024-cü ildə OPEC qlobal neft tələbatının sutkada 2,2 milyon barel artacağını proqnozlaşdırır. Bu da əvvəlki proznozlara uyğundur. OECD regionunda tələbatın gündəlik təxminən 0,3 milyon barel artacağı gözlənilir. Ən böyük artım Şimali və Cənubi Amerika ölkələrində müşahidə olunacaq.
OPEC-ə daxil olmayan ölkələrdə tələbat gündə təxminən 2 milyon barel arta bilər. Ən böyük artım isə Çin, Yaxın Şərq və digər Asiya ölkələrinin payına düşəcək. Daha sonra Hindistan, Latın Amerikası və Afrika ölkələrində də tələbatın artacağı gözlənilir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.