Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gömrüyün xətti ilə büdcə daxilolmaları 19 faiz artıb

Baxış: 217


Gömrüyün xətti ilə büdcə daxilolmaları 19 faiz artıb

Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 milyard 606 milyon 579 min manat təşkil edib.
DGK-nın açıqladığı statistikaya görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,4 % çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 21,5 % artaraq 909 milyon 151 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 18,5 % artaraq 2 milyard 549 milyon 144 min manat, aksizlər üzrə daxilolmalar 42,7 % artaraq 121 milyon 830 min manat, yol vergisi üzrə daxilolmalar isə 24,2 % azalaraq 26 milyon 455 min manat olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.