Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

1 milyarddan çox kassa çeki üzrə 448,2 milyon manatlıq ƏDV qaytarılıb

Baxış: 271


Bu il istehlakçılara 86,7 milyon manat ƏDV məbləği geri qaytarılıb

1 milyarddan çox kassa çeki üzrə 448,2 milyon manatlıq ƏDV qaytarılıb 


“ƏDV geri al” layihəsinin işə düşməsindən 3 ildən artıq vaxt keçir. 
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, ölkəmizdə uğurla tətbiq edilən bu layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verməkdədir.Bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 2,3 milyona yaxın istifadəçi qeydə alınıb.
“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2023-ci ilin 1 avqust tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 1 milyarddan çox kassa çeki üzrə 448,2 milyon manat, bu ilin yanvar-iyul ayları ərzində isə 86,7 milyon manat ƏDV məbləği geri qaytarılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.