Loqistika şirkətlərinin xidmətlərinin bahalaşması səbəbindən Azərbaycana yeni idxal olunan avtomobillərin dəyəri artıb.
Bunu "Sahibkartv.az"a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib.
“Avtomobil istehsalçıları qiymət artımını daşınma xarclərinin yüksəlməsi və ehtiyat hissələrinin bahalaşması ilə əlaqələndirirlər. Avtomobil bazarında bu gün fəallıq azalıb, "ikinci əl" maşın bazarında 2-3 ay əvvəlki vəziyyətlə müqayisədə qiymətlər stabildir. Bazarda yeni avtomobillər arasında daha çox “Crossover” və “Mini Crossover”lərə üstünlük verilir. "İkinci əl" avtomobil bazarında isə hazırda daha çox satılan sedan seqmentində olan 1500 – 2000kubsantimetr mühərrik həcmli avtomobillərdir”.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev “Report”a bildirib ki, avtomobil bazarında durğunluğun əsas səbəbi istehsalçı şirkətlərin tələbi qarşılaya bilməməsidir, nəticədə isə alıcıların seçimi məhduddur:
“Ölkədə tələb var, amma istehsalçı zavodlar yerli dilerləri avtomobillə təmin edə bilmirlər. Pandemiyadan sonra yaranan bu vəziyyət hələ də davam edir. Hibrid avtomobillərə kifayət qədər tələb var, sadəcə ölkəyə məhdud sayda göndərilir. Təklif az olduğu üçün də bu modeli almaq istəyən alıcılar gözləmək məcburiyyətində qalırlar”.
E.Əliyev bazara yeni idxal olunan avtomobillərin bahalaşmasını istehsalçı tərəfindən qiymətlərin artırılması, gömrük və logistika xərclərinin yüksəlməsi ilə əsaslandırır:
“Logistika xərclərinin az qala hər ay artması bazardakı qiymətlərə təsir edir. Amma bəzi rəsmi dilerlər öz marjalarını azaldaraq avtomobillərin qiymətini stabil saxlamağa çalışırlar”.
Onun sözlərinə görə, hazırda Azərbaycanda "ikinci əl" avtomobillər utilizasiya rüsumundan asılıdır: "İkinci əl" bazarındakı durğunluğun bir səbəbi də ölkədə köhnə avtomobillərin utilizasiyası ilə bağlı prosesin aktuallaşması və utilizasiya haqqında qanunun parlamentdə müzakirəyə çıxarılmasıdır. "İkinci əl" avtomobil almaq istəyən vətəndaşlar hələlik bu barədə veriləcək yekun qərarı gözləyirlər".
Ekspert ümid edir ki, yaxın illərdə Azərbaycanda istehsal tarixi köhnə avtomobillərin üçüncü ölkələrə satışı təşkil olunacaq: "Biz Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası olaraq bu məsələ ilə bağlı hökumət üçün bir layihə üzərində işləyirik. Hazırda Azərbaycanın avtomobil parkının çox hissəsi köhnə avtomobillərdən ibarət olduğu üçün yenilənməyə çox ehtiyac var. İstismar müddəti 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalının məhdudlaşdırılması ilə bağlı qərarın qəbulu, elektromobillərin təşviqatı da bazarda alıcılıq qabiliyyətinə təsir edir. Son zamanlar köhnə avtomobillərlə bağlı olan qərarlar insanların "ikinci əl" maşın bazarına olan marağının azalmasına səbəb olub. Alıcılar daha əlverişli şərtlərlə təzə maşın almaq istəyirlər".
Arıçılıqda Yeni Texnologiya: Robotlar Bal Toplamağa Yardım Edəcək
18:52 / 04-03-2025
İtaliyada Yeni Nəsil Şərabçılıq: AI Dəstəyi ilə Üzüm Yetişdirilir
18:30 / 04-03-2025
Sənaye İnkubatorları: Startap Sahiblərinə Yeni İmkanlar Açılır
17:39 / 04-03-2025
Qida Sənayesində Yeni Dönəm: Biomühəndisliklə Sənaye Məhsulları Hazırlanır
17:30 / 04-03-2025
Elektron Mal-Qara Birjası Fermerlər Üçün Yeni Bazarlara Yol Açır
16:47 / 04-03-2025
Kənd Təsərrüfatı Oyun Parkları Uşaqlara Əkinçiliyi Öyrədəcək
16:29 / 04-03-2025
ABŞ-də hərbi çevriliş gözlənilir? - ŞƏRH
16:00 / 04-03-2025
İntellektual Fermerlik: Süni İntellekt Avtomatik Məhsul Yığımı Edəcək
15:42 / 04-03-2025
Azərbaycan - Belarus oyununun yeri və saatı açıqlandı
15:30 / 04-03-2025
Banklar Fermerlərə Faizsiz Kreditlər Təklif Edəcək
15:00 / 04-03-2025
Maşın almaq istəyənlərə şad xəbər: Ucuzlaşma başlayır
14:22 / 04-03-2025
Çin-dən ABŞ ilə bağlı qərar
13:20 / 04-03-2025
3 yerdən keçid: Paşinyandan "hazırıq" bəyanatı
13:15 / 04-03-2025
Zelenskinin impiçmenti üçün spikerə müraciət edildi - SƏNƏD
12:11 / 04-03-2025
Polis əməliyyat keçirdi - 10 kiloqram narkotik vasitə aşkarlandı
11:32 / 04-03-2025
Ağdamda insana aid olduğu ehtimal edilən sümüklər tapılıb
11:24 / 04-03-2025
UEFA Çempionlar Liqası: 1/8 finalın ilk oyunlarına start verilir
11:06 / 04-03-2025
Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını təsdiqləyib
11:00 / 04-03-2025
Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlandı
10:35 / 04-03-2025
Nazirlikdən od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət
10:29 / 04-03-2025
BU günə olan valyuta məzənnələri
09:46 / 04-03-2025
Nardaranın adı yol nişanlarından niyə götürüldü? – AYNA
09:41 / 04-03-2025
XİN-dən BMT-nin insan haqları üzrə ali komissarına CAVAB
09:34 / 04-03-2025
Bu gün Od çərşənbəsidir
09:29 / 04-03-2025
Azərbaycana yeni idxal olunan avtomobillər bahalaşıb: SƏBƏBLƏR

Bölməyə aid digər xəbərlər

Tarix: 7-08-2023, 19:12 Oxunub: 114
Bölməyə aid digər xəbərlər
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
4-10-2022, 10:15
Emin Əliyev: “Azərbaycanda “təbii” adı ilə satılan məhsulların heç biri orqanik deyil”
16-08-2022, 14:20
Azərbaycanda elektromobillərə maraq niyə azdır?
4-08-2022, 20:46
"Azərbaycanda yeni avtomobillər iyulda bahalaşıb"
9-06-2022, 14:20
Ötən ay Azərbaycanın avtomobil bazarında qiymətlər stabil qalıb
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
9-02-2022, 11:51
Azərbaycanın avtomobil bazarında qiymət artımı davam edir
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
10-11-2021, 15:56
Avtomobil bazarında dəyişikliklər olacaq: Qiymətlərdə balanslaşdırma aparılır - FOTO
2-11-2021, 09:31
Azərbaycanda ikinci əl avtomobillərin qiyməti ARTDI
24-06-2021, 15:55
Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi