Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yeni kassa aparatları gizlədilən dövriyyələri aşkar edir - 12,3 MİLYARD MANAT

Baxış: 177


Ölkə ərazisində 91 mindən çox yeni nəsil NKA quraşdırılıb

Yeni kassa aparatları gizlədilən dövriyyələri aşkar edir  - 12,3 MİLYARD MANAT


Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Xidmətin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisində 91 min 889 ədəd yeni nəsil NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2023-cü ilin yanvar-iyul ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 12,3 milyard manatdan çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə  müqayisədə 17,3 faiz çoxdur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.